13 Yanvar 2025
Bakı Avropa Liseyində “Azərbaycanın yaşıl gələcəyi” tədbiri keçirilibBakı Avropa Liseyinin V-VIII sinif şagirdləri Azərbaycanın ətraf mühitini, təbii sərvətlərini, ekoloji vəziyyətini öyrənmək məqsədilə araşdırmalar aparıblar. Şagirdlər COP29 beynəlxalq konfransında qaldırılan məsələləri araşdırıb, beynəlxalq təcrübəni öyrənərək stendlər və digər maarifləndirici materiallar hazırlayıblar.