Xəbərlər

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 57 kq işlənmiş batareya təhvil alınıb

10 Yanvar 2025, 19:50

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

Ekokönüllülər Əziz Əliyev adına Sumqayıt Tibb Kollecindən və "Araz" supermarketlər şəbəkəsinin Sumqayıt filialından ümumilikdə 57 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verib.

Vətəndaşların, tələbələrin belə təşəbbüslərdə aktiv iştirakı ətraf mühitin qorunması, tullantıların düzgün idarə edilməsinə müsbət təsir göstərir, davamlılıq və ekoloji məsuliyyətin gücləndirilməsinə töhfə verir.