Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 282 nömrəli Fərmanı ilə “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin rəqəmsallaşdırılması, nazirlik tərəfindən göstərilən xidmətlərin şəffaflıq, çeviklik və əlçatanlıq prinsipləri əsasında təşkili, eləcə də ətraf mühitə dair məlumatların toplanması və emalı Rəqəmsal İnformasiya Sistemi Qrupu (REİS) vasitəsi ilə həyata keçirilir.
REİS-in altsistemləri aşağıdakılardır:
- “Meşə” altsistemi
- “Ekoloji təhlükəsizlik” altsistemi
- “Ekoloji ekspertiza” altsistemi
- “Ekoloji monitorinq” altsistemi
- “Tullantıların idarə olunmasına dövlət nəzarəti” altsistemi
- “Bioloji müxtəliflik” altsistemi
- “Hidrometeorologiya” altsistemi
- “Geologiya” altsistemi
- “Geodeziya və kartoqrafiya” altsistemi
- “Yaşıllaşdırma və landşaft quruluşu” altsistemi
- “İqlim” altsistemi
- “Laboratoriya” altsistemi
- “Vətəndaş müraciətləri ilə iş” altsistemi.
REİS-in altsistemləri təyinatı üzrə müvafiq sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını və emalını, REİS-in inteqrasiyasını, monitorinq və təhlil aparılmasını, proqnozlar hazırlanmasını və elektron xidmətlər göstərilməsini təmin edir.
Rəqəmsal məsələlər üzrə məsul şəxs
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müşaviri - Baş İnformasiya Direktoru