Dayanıqlı İnkişaf Məqsədləri

DİM-lərin Azərbaycanda milli inkişaf prioritetlərinə uyğunlaşdırılması 2024-cü il ərzində davam etdirilmiş və fəaliyyətlər üç əsas istiqamətdə icra edilmişdir: ölkədə qəbul olunan dövlət proqramları və strategiyaların DİM-lərlə uzlaşdırılması davam etdirilmiş, DİM-lərin icrasına maraqlı tərəflərin cəlb edilməsi məqsədilə maarifləndirilmə istiqamətində addımlar atılmış, statistik göstəricilərin təkmilləşdirilməsi ilə Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların iştirakı ilə işlər görülmüşdür.

Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcəkdir:
1. 2024−2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcəkdir. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcəkdir.
2. 2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcəkdir. 2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir.
3. 2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir.

Milli Strategiyada Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən olunmuş prioritetlərlə yanaşı, BMT-nin 2030:Gündəliyi”ndə nəzərdə tutulan “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” sahəsində məqsədləri əhatə edən hədəflər (DİM6, DİM13 və DİM14) öz əksini tapmışdır. “Yaşıl inkişaf” üzrə statistik göstəricilər sisteminin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə Dövlət Statistika Komitəsində beynəlxalq və ölkə təcrübələri araşdırılmış və “Yaşıl inkişaf” üzrə statistik göstəricilər sisteminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının metodologiyası əsasında hazırlanması məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, “Yaşıl inkişaf” üzrə statistik göstəricilər sistemi”nin layihəsinin ilkin versiyası hazırlanmış və Dövlət Statistika Komitəsinin 2024-cü il 14 avqust tarixli 06/12s nömrəli sərəncamı ilə “Yaşıl inkişaf” üzrə statistik göstəricilər sistemi təsdiq edilmişdir. “Yaşıl inkişaf” üzrə statistik göstəricilərə dair məlumatların Dövlət Statistika Komitəsinin internet səhifəsində “Statistik informasiya xidməti” bölməsinin bu məqsəd üçün yaradılmış hissəsində azərbaycan və ingilis dillərində yayımı təmin olunmuşdur.Ekoloji performans indikatoru dünyada dayanıqlılığı qiymətləndirmək üçün məlumatlar bazasına əsaslandırılmış xülasəni təqdim edir. ABŞ-ın Kolumbiya və Yel universitetləri tərəfindən Dünya İqtisadi Forumu ilə birlikdə hazırlanan “Ekoloji performans indeksi” əsasında “Azərbaycan Respublikasının ekoloji göstəricilər sistemi”nin təkmilləşdirilməsi məqsədilə ETSN tərəfindən göstəricilərin adları, metodologiyaları, vahidləri nəzərə alınmaqla, “Ekoloji performans indeksi üzrə göstəricilər sistemi” hazırlanmışdır.

2024-cü il 1-3 may tarixlərində Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair Beynəlxalq Təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda III Zirvə görüşü, “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı 4-cü plenar sessiyası, Ağdam şəhərində baş tutmuş“ Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”nə həsr olunmuş Xüsusi Konfrans adlı tədbirlər həyata keçirilmişdir.

Hesabat

109.14 KB