Axar-Baxar Milli Parkı

Yaranma tarixi: 14 iyul 2025-ci  il

Yerləşməsi: Qax, Samux və Yevlax rayonları

Sahəsi: 23901,99 ha
 
Landşaft: mürəkkəb coğrafi quruluşa malik ardıc və saqqızağacı cəngəlliklərinin mövcud olduğu bozdağlar, kserofit və efemer bitki assosiasiyalarının mövcud olduğu arid yarımsəhra bozqırlar, Qanıxçay boyu Tuqay meşəlikləri və qamışlıqlar.
 
Rast gəlinən bitki növləri: Ağıriyli ardıc, saqqızağacı, Ağ qovaq, Şərq palıdı, Eldar armudu, Qafqaz xarıbülbülü, Nöqtəli səhləb, Eyxler dağlaləsi, Şoranyer qarğasoğanı, Gürcü süsəni və s.
 
Rast gəlinən heyvan növləri: Çöl donuzu, Qonur ayı, Boz canavar, Adi tülkü, Daşlıq dələsi, Adi porsuq, Meşə pişiyi, Boz dovşan, Adi süleysin, Meşə süleysini, Avropa vaşaqı, Çöl pişiyi, Zolaqlı kaftar, Çay samuru, safsar, ceyran, İmperator qartalı, Qara  kərkəs, Ağbaş  kərkəs, İlanyeyən qartal, Çay qaraquşu, Ağquyruq dəniz qartalı, Qara leylək, Çöl qartalı, Böyük xallı qartal və s.

“Qırmızı Kitab”a daxil olan növlər: Ağıriyli ardıc (Juniperus foetidissima), saqqızağacı (Pistacia mutica), Eldar armudu (Pyrus eldarica), Qafqaz xarıbülbülü (Ophrys caucasica), Nöqtəli səhləb (Orchis punctulata), Şoranyer qarğasoğanı (Gladiolus halophilus), Gürcü süsəni (Iris iberica), bəbir (Panthera pardus), Avropa vaşaqı (Lynx lynx), Çöl pişiyi (Felis libyca), Zolaqlı kaftar (Hyaena hyaena), Çay samuru (Lutra lutra), safsar (Vormela peregusna), ceyran (Gazella subgutturosa), İmperator qartalı (Aquila heliaca), Qara kərkəs (Aegypius monachus), Ağbaş kərkəs (Gyps fulvus), İlanyeyən qartal (Circaetus gallicus), Çay qaraquşu (Pandion haliaetus), Ağquyruq dəniz qartalı (Haliaeetus albicilla), Qara leylək (Ciconia nigra), Çöl qartalı (Aquila nipalensis)