İlisu Milli Parkı

Yaranma tarixi: 14 iyul 2025-ci il

Yerləşməsi: Qax və Zaqatala rayonları

Sahəsi: 13966 ha
 
Landşaft: Böyük Qafqazın cənub makroyamacının (dəniz səviyyəsindən 550-2500 m-dək yüksəklikdə) alp və subalp çəmənlikləri, yüksək mailliyə malik dağ meşələri və qayalıqlar, o cümlədən, dağətəyi çəmənliklər və çay vadiləri.
 
Rast gəlinən bitki növləri: Şərq fıstığı, Şərq palıdı, Qafqaz vələsi, Trautfetter ağcaqayını, Litvinov tozağacı, Giləmeyvəli qaraçöhrə, Qafqaz quşarmudu, Qafqaz xirniki, Mozalan quşsəhləbi, Sarıçiçək səhləb, Satirvari steveniella, və s.
 
Rast gəlinən heyvan növləri: Çöl donuzu, Qonur ayı, Boz canavar, Adi tülkü, Daşlıq dələsi, Adi porsuq, Meşə pişiyi, Boz dovşan, Adi süleysin, Meşə süleysini, Avropa vaşaqı, Avropa cüyürü, Qafqaz köpgəri, Şərqi Qafqaz turu, Qafqaz nəcib maralı, Qafqaz tetrası, Qafqaz uları, bərqud, Saqqallı kərkəs və s.
 
“Qırmızı Kitab”a daxil olan növlər: Giləmeyvəli qaraçöhrə (Taxus baccata), Satirvari steveniella (Steveniella satyrioides), Avropa vaşaqı (Lynx lynx), Avropa cüyürü (Capreolus capreolus), Qafqaz köpgəri (Rupicapra rupicapra), Qafqaz tetrası (Lyrurus mlokosiewiczi), Qafqaz uları (Tetraogallus caucasicus), bərqud (Aquila chrysaetos), Saqqallı kərkəs (Gypaetus barbatus)