24 Dekabr 2024
Meşə ərazilərində bir gündə 21 mindən artıq ağac əkilib24 dekabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ölkə üzrə genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilib.