16 May 2025
Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı "Gold Palace", "Okean", "Green House", "Xəlifə", "Qərb", "Həyat Saray", “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də "Xan”, "Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.