
Havada toz müşahidə olunur
14 May 2025, 14:10
Bakıda və Abşeron yarımadasında səhər saatlarından başlayaraq tozlu hava şəraiti müşahidə olunur.
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.
Müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir və şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində baş verib.