28 Dekabr 2024 31 dekabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmət məlumat verib. 27 Dekabr 2024 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməmkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi sahilində suiti cəsədləri aşkar olunub. 27 Dekabr 2024 İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb. 25 Dekabr 2024 Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq.