21 Dekabr 2024
Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilibRespublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran və Quba rayonlarında keçirilib. Bakı-Quba magistral avtomobil yolunun dağ massivində salınmış terraslarda, eləcə də Quba rayonunun meşə fondu ərazilərində ümumilikdə 5000-dən çox müxtəlif növ ağac tingi əkilib.