23 Yanvar 2025
Ova yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir
"Azərbaycanda yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində ov etməyə icazə verilir. Həmin ərazilərdə həftənin cümə, şənbə və bazar günlərindən birində, yəni həftədə bir dəfə olmaqla ov edilə bilər. Digər yerlərdə, o cümlədən xüsusi mühafizə olunan ərazilərin daxili və sanitariya-mühafizə zonalarında, sərhədyanı ərazilərdə, Xəzər dənizinin adaları, yaşıllıq sahələr, meşə əraziləri, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə ov qadağandır.
23 Yanvar 2025
Dünya Ekoloji Təhsil Günü ərəfəsində regionlarda maarifləndirici tədbirlər keçirilib
Bu gün ilə əlaqədar uşaqlar arasında ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumları tərəfindən Balakən rayonu Beretbinə kənd ümumi orta məktəbin, Sumqayıt şəhər 16 və 28 saylı tam orta məktəblərin, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin, Ağdam rayon 152 nömrəli tam orta məktəbin, Mingəçevir şəhər 9 və 13 saylı tam orta məktəblərin, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə maarifləndirici görüşlər keçirilib.
22 Yanvar 2025
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti yanvarın 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
22 Yanvar 2025
Ov mövsümü açıq elan edilib
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 22 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
21 Yanvar 2025
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə təhsil alan şagirdlər üçün maarifləndirici görüşlər keçirilib
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Cəbrayıl rayonu Cəbrayıl şəhəri tam orta məktəbin, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin şagirdləri ilə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər keçirilib.