5 iyun “Dünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon icra hakimiyyətlərinin dəstəyi ilə təmizlik aksiyaları keçirilib.
5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Qudyalçayın Quba rayonu Qəçrəş kəndi ərazisindən və Qusarçayın Qusar rayonu Qayakənd kəndi ərazisindən keçən hissələrində təmizlik aksiyaları keçirilib. 4 hektar çay yatağı ümumilikdə 850 kiloqram müxtəlif növ tullantılardan təmizlənib.
Bizi birləşdirən milli dəyərlərdən biri də ətraf mühitin, təbiətimizin qorunmasıdır. Əsrarəngiz təbiətimiz, xüsusilə də milli parklarımız bizim milli sərvətimiz, milli xəzinəmizdir. Çox sevinirik ki, digər dəyərlərimiz ətrafında birləşdiyimiz kimi bu işdə də artıq birik.
Milli Hidrometeorologiya Xidmətini iyunun 5-i saat 11:00-a olan məlumatına əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin ciddiliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun “Dünya ətraf mühitin mühafizəsi günü” kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı.