Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 09:00-a olan məlumatına əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib. Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.
Hidrometeoroloqlar tərəfindən verilən hava proqnozlarına, xəbərdarlıqlara, çaylardakı sel-daşqın təhlükəsi ilə bağlı əhaliyə edilən müraciətlərə baxmayaraq təəssüf ki, bəzən vətəndaşlarımız tərəfindən hava haqqında verilən xəbərdarlıqlara məhəl qoyulmur, güclü külək və sel-daşqın təhlükəsinin fərqinə varılmır.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.