31 May 2023
Mayın 30-da ““Yaşıl enerji” və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə təşkil olunub.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.