Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası 11 iyun tarixində Əcəmi m/s yaxınlığındakı Neptun supermarketin qarşısında keçiriləcək.
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya çərçivəsində ETSN-in Milli Hidrometeorologiya Xidmətinin təşəbbüsü əsasında Qazaxıstan Respublikasının Milli Hidrometeorologiya Xidməti (РГП "Казгидромет") ilə birgə “Xəzər dənizinin akvatoriyasında külək enerjisi potensialının qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda vebinar təşkil edilib.