07 İyun 2023
"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində torların yığışdırılması davam edir.Aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Astara və Xaçmaz rayonları akvatoriyasından, Kür və Həkəri çaylarından, Mingəçevir və Şəmkir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.