Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayının Qarayazı Dövlət Təbiət Qoruğunun ərazindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları, Sumqayıt və Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Sabirabad rayonunun 71, Ağcabədi rayonunun 37, Quba rayonunun 9, Şəki rayonunun 6, Şabran rayonunun 2, Cəlilabad rayonunun 9, İsmayıllı rayonunun 8, Tovuz və Şəmkir rayonlarının isə 1 hektar meşə fondu ərazisində torpaq hazırlığı işləri görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Masallı rayonunun Yolağacı kəndi ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.