Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 1 ağacın kəsilməsi, Şəki rayonunun Cəfərəbad kəndində, Saatlı rayonunun Qara Nuru kəndinin ərazisində fəaliyyət göstərən kafenin həyətində, Saatlı şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Xan-Bağı” restoranının həyətində və Şirvan şəhərinin Energetik 2T ünvanında isə ağacların zədələnməsi faktları müəyyən edilib.
İnsanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi və ümumilikdə ekoturizmin inkişafı məqsədi ilə “Ekohiking” turizm qurumu tərəfindən Abşeron Milli Parkında turist qrupları üçün velotur və piyada yürüş təşkil edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən "Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonunun Bucaq və Muxas, Ağstafa rayonunun Köçəsgər kəndləri ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.