Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Yaşma qəsəbəsinin Xəzər dənizi sahilindən və Şəki rayonu ərazisindən keçən Şin çayının Əyriçaya tökülən hissəsindən qanunsuz qum daşındığı faktları müəyyən edilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində, həmin kənddə yerləşən “Beluqa” istirahət mərkəzində və Lənkəran şəhəri Paşa Təhməzov küçəsindəki yaşayış binasının qarşısında məişət tullantılarının qalaqlanması və yandırılması faktları müəyyən olunub.
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağdam rayonunun Xındırıstan kəndindəki “Al” marketdə, Şirvan şəhərinin 1 May küçəsində yerləşən avtotəmir sexində və Sabirabad rayonunun Ulacalı kəndindəki fərdi yaşayış evində formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.