12 avqust tarixində Astara rayonunun Təngərüd, Tovuz rayonunun Cırdaxan, Şabran rayonunun Dənizkənarı, İsmayıllı rayonunun Talıstan, Şəki rayonunun Göynük, Zaqatala rayonunun Əliabad, Cəlilabad rayonunun Göytəpə, Ağdaş rayonunun Ağzıbir, Samux rayonunun Samux, Oğuz rayonunun Oğuz, Sabirabad rayonunun Sabirabad, Xaçmaz rayonunun Xaçmaz, Beyləqan rayonunun 5 saylı, Goranboy rayonunun Goranboy meşə ərazilərində təmizlik aksiyaları keçirilib.
12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri və əməkdaşlarının, Alpinizm Federasiyasının nümayəndələrinin, eləcə də ASAN könüllüləri və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.