ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, DİN-in Mingəçevir şəhər Polis Şöbəsinin, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayının sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının adından istifadə etməklə naməlum şəxslər tərəfindən sahibkarlıq subyektlərinə yoxlama adı ilə gələrək, qanunsuz tələblər irəli sürülməsi barədə məlumatlar daxil olur.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Avqustun 15-18-də Böyük Qafqaz zonasının bəzi yerlərində əsasən gündüz saatlarında arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Beyləqan rayonunun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkab suların kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib.