Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının 9-dan qarölçmə işlərinə başlanılacaq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Xaçmaz rayonu akvatoriyasında, Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Ümumdünya Vəhşi Təbiət Günü diqqəti vəhşi fauna və yabanı floranın müxtəlifliyinə və gözəlliyinə cəlb etmək imkanı verir, habelə təbiəti mühafizə tədbirlərinin insana faydası barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 02 mart 2023-cü il tarixindən etibarən yeni foto müsabiqələrə start verilir. Belə ki, hər müsabiqə bir mövzuya həsr olunacaq, ən yaradıcı və daha çox diqqətçəkən fotolar səsverməyə qoyulacaq.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhəri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.