Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
İl ərzində ölkəmizdə yüzlərlə ağacəkmə aksiyaları keçiririk, elə gün olur ki, mətbuatda ağac əkinini əks etdirən onlarla məlumat paylaşırıq. Hər dəfə də ehtiyatlanıram ki, birdən növbəti məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir su anbarında, Kür çayının Mingəçevir şəhəri və Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri şənbə və bazar günləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumların əməkdaşlarının iştirakı ilə Zaqatala, Şəki, Bərdə və Şabran rayonlarında keçirilib, 11 500 müxtəlif növ ağac tingi əkilib, 270 kiloqram toxum səpilib.