07 Mart 2023
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatıQanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 324 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.