Meşə və digər yaşıllıq ərazilərində yanğınların qarşısının alınması, əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən Ucar Rayon İcra Hakimiyyətində, Zərdab Rayon Gənclər Evində, Altıağac Milli Parkında, Qazax rayonunun Kosalar, Çaylı və Fərəhli kəndlərində növbəti maarifləndirici tədbirlər keçirilib.
2006-cı il avqustun 12-də “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsi ilə Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm beynəlxalq əməkdaşlıq mərhələsi başladı. Həmin tarixdən etibarən 12 avqust hər il Xəzər Günü kimi qeyd olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.
Ekoturizmin inkişafı, əhalinin, xüsusilə uşaqların və gənclərin təbiətə marağının artırılması, sağlam həyat tərzinin və fəal istirahətin təşviq edilməsi məqsədilə Samur-Yalama Milli Parkında veloyürüş təşkil olunub.