Xəbərlər


Yanğın təhlükəsizliyi ilə bağlı regionlarda maarifləndirici tədbirlər davam edir

13 Avqust 2026, 14:43

Meşə və digər yaşıllıq ərazilərində yanğınların qarşısının alınması, əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən Ucar Rayon İcra Hakimiyyətində, Zərdab Rayon Gənclər Evində, Altıağac Milli Parkında, Qazax rayonunun Kosalar, Çaylı və Fərəhli kəndlərində növbəti maarifləndirici tədbirlər keçirilib.

Yerli icra hakimiyyəti, aidiyyəti dövlət qurumları, bələdiyyələr, fermerlər və yerli sakinlərin iştirakı ilə təşkil olunan görüşlərdə meşə yanğınlarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, ilkin müdaxilə üsulları və qurumlararası əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib.