Samur-Yalama Milli Parkında veloyürüş keçirilib
10 Avqust 2026, 18:40
Ekoturizmin inkişafı, əhalinin, xüsusilə uşaqların və gənclərin təbiətə marağının artırılması, sağlam həyat tərzinin və fəal istirahətin təşviq edilməsi məqsədilə Samur-Yalama Milli Parkında veloyürüş təşkil olunub.
İştirakçılar “Kosmos-Xəzər” turist marşrutu üzrə velosiped sürərək Milli Parkın zəngin təbiəti, unikal mənzərələri və Xəzər sahilinin gözəlliyi ilə yaxından tanış olublar.
Belə təşəbbüslər təbiəti kəşf etmək, asudə vaxtın səmərəli təşkili baxımından maraqlı fürsətlər yaradır.