15 May 2023
Beynəlxalq İqlim Günü ilə əlaqədar Gəncə Dövlət Universitetində “İqlim dəyişmələrinin biomüxtəlifliyin qorunmasına təsiri” mövzusunda görüş keçirilib.Universitetin rəhbər heyətinin, müəllimlərin iştirakı ilə keçirilən görüşdə Göygöl Milli Parkının əməkdaşları tərəfindən tələbələrə iqlim dəyişmələrinin ətraf mühitə, həmçinin biomüxtəlifliyə təsiri, iqlimə uyğunlaşma, iqlim dəyişmələrinin fəsadları ilə bağlı məlumatlar verilib.