17 May 2023
1-12 may tarixlərində İsveçrənin Cenevrə şəhərində ətraf mühit üzrə Bazel, Rotterdam və Stokholm Konvensiyaları tərəflərinin konfransı keçirilib.Üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının, bu sahədə fəaliyyət göstərən Avropa və beynəlxalq qeyri-hökumət təşkilatları nümayəndələrinin qoşulduğu tədbirdə Azərbaycandan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.