10 May 2023
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində torların yığışdırılması davam edir.Aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasından, Kür və Lənkərançay çaylarından, Mingəçevir, Ağstafaçay və Şəmkir su anbarlarından, digər daxili su hövzələrindən sintetik torların yığışdırılması həyata keçirilib.