Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın sözlərinə görə, 2010-cu ildən etibarən ölkədə bir sıra həssas, sayı azalmaqda olan növlərin reintroduksiyası layihələrinə başlanılıb.
“İnsan Hüquqları Aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Lənkəran rayon Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbində, Şirvan şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, yerli icra hakimiyyətləri orqanlarının, bələdiyyələrin, tərəfdaş qurumların, könüllülərin və yerli sakinlərin iştirakı ilə bir aydan artıq müddətdir ki, ümumrespublika təmizlik aksiyaları keçirilir.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.