Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçalada və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda təsis edilən ilk milli park, Zəngəzur Milli Parkının yaradılmasının 20-ci ildönümü münasibəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ekoloqları, təbiətsevər ictimaiyyəti və milli parkın əməkdaşlarını təbrik edib.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 14:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Neftçala, Xınalıq, Quba, Biləsuvarda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 iyun 2003-cü il tarixli Sərəncamı ilə yaradılan, ölkəmizin ilk milli parkı olan Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür.