Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub. İyunun 22-də axşam saatlarında Şahdağa qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Şahbuz, Gədəbəy, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,