01 Avqust 2023
İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət planının icrası ilə bağlı ölkədə maarifləndirmə tədbirləri həyata keçirilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə Azərbaycanda iqlim dəyişmələrinə Milli Uyğunlaşma Planına dəstək çərçivəsində dövlət qurumlarının nümayəndələrinin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Abşeron, Şabran, Xaçmaz və Quba rayonlarına səfərlər təşkil edilib.