Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağdam rayonunun Xındırıstan kəndindəki “Al” marketdə, Şirvan şəhərinin 1 May küçəsində yerləşən avtotəmir sexində və Sabirabad rayonunun Ulacalı kəndindəki fərdi yaşayış evində formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.
"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şabran rayonunun Gəndob və İsmayıllı rayonunun Burovdal kəndləri ərazilərində nəqliyyat vasitələri ilə qanunsuz yolla istehsal edilən ağac kömürünün daşındığı müəyyən edilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş Şərq tibb zəlisi ovlayan şəxs saxlanılıb.