Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göyçay rayonunun Cəyirli kəndindəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 2,8 m³ həcmində işlik meşə materialı müəyyən edilib.
Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə yanaşı bəzi ekoloji problemlərə qarşı formalaşan ictimai qınaq, bu sahədə birgə səylərin göstərilməsi təmiz ətraf mühitdə yaşamaq üçün effektiv rol oynayır.
5 avqust tarixində Şahdağ Milli Parkının Şamaxı bölməsində tanınmış qrafika ustası, qeyri-adi rəsmləri ilə sevilən, Azərbaycan Rəssamlar İttifaqının üzvü Hüseyn Mirtəqəvinin nadir sənət nümunələrindən hesab olunan faner üzərində cərrah bıçağı (neştər) ilə çəkdiyi portretlərdən ibarət sərgisi keçiriləcək.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən, Lənkəran rayonu Liman şəhəri ərazisindən və Tərtər rayonunun Zolgörən kəndində fəaliyyət göstərən karxanadan qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.