17 Noyabr 2025
17 Noyabr - Milli Dirçəliş Günü
15 Noyabr 2025 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” beynəlxalq inkişaf mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmiş rəqəmsal “Yaşıl artım portalı”nın yekun versiyasının təqdimatı keçirilib. Azərbaycan pavilyonunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, biznes assosiasiyalarının və maliyyə institutlarının nümayəndələri iştirak ediblər. 14 Noyabr 2025 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirilir. 14 Noyabr 2025 “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 14 Noyabr 2025 Aksiya çərçivəsində Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib. Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran buraxılıb. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində məqsəd mövcud ceyran populyasiyası arasında gen dözümlülüyünü artırmaq, müxtəlif xəstəliklərin qarşısını almaq və bu ərazidə daha sağlam ceyran nəslinin formalaşdırılmasıdır. Hazırda Korçay Dövlət Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir.