Xəbərlər


“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib

16 İyun 2026, 15:45

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici görüşlər keçirilib:

- Sumqayıt şəhər Xəzər Universiteti Dünya məktəbi
- Mingəçevir şəhər 10 və 13 saylı tam orta məktəblər
- Şəki şəhər 8 saylı tam orta məktəb
- Şirvan şəhər 9 və 16 nömrəli tam orta ümumtəhsil məktəbləri
- Lənkəran rayon Rvo kənd tam orta ümumtəhsil məktəbi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Təmiz ətraf mühit hər kəsin hüququdur” mövzusu altında keçirilən görüşlərdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə ətraflı məlumat verilib, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin əsas müddəaları, vətəndaşların bu sahədə hüquq və vəzifələri, təbiətə zərər vurulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.