20 Noyabr 2025
“II Yaşıl düşüncə maarifləndirmə proqramı”nın iştirakçıları “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsinə səfər ediblərEkologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsinə səfər ediblər. Səfərin məqsədi onların ekoloji bilik və bacarıqlarını artırmaq, təbiət elmlərinə marağını gücləndirmək, həmçinin yaz və payız mövsümlərində əkilən ting növləri, onların əkilmə texnikası və aqrotexniki qulluq qaydaları barədə praktiki təsəvvürlərini genişləndirmək olub.