27 Dekabr 2023
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimatı keçirilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA, diplomatik korpus və səfirliklərin nümayəndələri, alimlər, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.