30 Dekabr 2023
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri keçirilibYaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində bu gün Heydər Əliyev Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, eləcə də RİİB və eko könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə tədbiri keçirilib və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1500-dən çox Eldar şamı və zeytun ağacı əkilib.