06 Yanvar 2024
Abşeron Milli Parkında "Birdwatching Azerbaijan"ın təşkilatçılığı ilə növbəti quş müşahidəsi turu keçirilib.İştirakçılar müxtəlif ornitofauna növlərini müşahidə edib, onlara ornitoloq mütəxəssis tərəfindən dəniz sahili ərazilərdə məskunlaşmış köçəri quşlar haqqında məlumat verilib. Sonra müşahidə qrupunun Şahdili burnuna səyahəti baş tutub.