27 Sentyabr 2024
27 SENTYABR - ANIM GÜNÜ
26 Sentyabr 2024 “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri) layihəsi çərçivəsində bu gün ağacəkmə aksiyası keçirilib. 26 Sentyabr 2024 Azərbaycanın Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) hazırlanması üzrə geniş ictimai müzakirələr aparmaqdadır. 26 Sentyabr 2024 Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib. 26 Sentyabr 2024 “Ümumdünya Dəniz Günü” Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsis edilib. 1978-ci ildən etibarən qeyd olunan və bu il 26 sentyabr tarixinə təsadüf edən bu günün təsis edilməsində məqsəd su hövzələrinin çirklənməsinə, həmçinin qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir.