"Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və sarı xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır. Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq."
Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Xəzər Gününün əhəmiyyətinə diqqət çəkmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin, COP29 Məlumat Mərkəzinin, “Ekosfera" sosial-ekoloji mərkəzin dəstəyi ilə Dənizkənarı Milli Parkda maraqlı və interaktiv tədbir təşkil olunub.
“Kapital Bank”ın 150 illik yubileyi münasibətilə “Qırmızı Ürəklər Fondu” ilə birgə həyata keçirdiyi “Sıfır Tullantı” həmrəylik marafonu çərçivəsində növbəti iməcilik keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Hacıqabul şəhəri Dədə Qorqud parkının ətrafında, Kürdəmir şəhəri H.Cavid küçəsində, Gəncəçayın Göygöl rayonundan keçən hissəsində, Beyləqan rayonu 1-ci Şahsevən kəndi, Balakən rayonu Qullar kəndi ərazisində, Həkəri çayının Zəngilan rayonundan keçən hissəsində, İmişli rayonunun 6 saylı, Masallı rayonunun Qəriblər, Sabirabad rayonunun Şirvan, Goranboy rayonunun Yeni Ağcakənd, Şabran rayonunun Dənizkənarı, Balakən rayonunun Kortala, Bərdə rayonunun Soltanbud 2 və Qəbələ rayonunun Bum meşə ərazilərində, Şahdağ Milli Parkının Şamaxı bölməsinin ətrafında iməciliklər keçirilib.