04 İyun 2024
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 106 kq işlənmiş batareya təhvil alınıb
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bravo” supermarketlər şəbəkəsinin 20 Yanvar və Mərdəkan filiallarından, “Araz” supermarketlər şəbəkəsinin Əhmədli və Hövsan filiallarından ümumilikdə 106 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
03 İyun 2024
“Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində könüllülərə praktiki təlim keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə növbəti praktiki təlim keçirilib.
03 İyun 2024
“Təmiz ölkəm” aksiyası çərçivəsində regionlarda növbəti iməciliklər keçirilib
“Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti təmizlik aksiyaları Xəzər dənizinin Lənkəran rayonu sahilində, Cəbrayıl rayonu Araz çayının sol sahilində, Zaqatala rayonu Micqar çayın kənarında, Tərtər rayonu Tərtər çayın sağ sahilində, Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində, Göygöl rayonu Hacıkənd meşəbəyliyində və Göyçay rayonu Qarabaqqal kəndində keçirilib.
03 İyun 2024
Dünya Velosiped Günü hər il iyunun 3-də qeyd olunur
2018-ci ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən bu gün velosipedi sadə, sərfəli, etibarlı, təmiz və ekoloji cəhətdən davamlı nəqliyyat vasitəsi kimi təbliğ edir.
02 İyun 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Şamaxı, Zaqatala rayonlarının bəzi yerlərində dolu düşub.