25 Sentyabr 2026
ETSN kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya zamanı Nazirliyin rəhbərliyinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.