Ağacəkmə aksiyası keçirilib
25 Sentyabr 2026, 09:55
Milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü, 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Baş Prokurorluğun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, əməkdaşları, eləcə də könüllülər iştirak ediblər.
Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.