Xəbərlər


ETSN kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

25 Sentyabr 2026, 18:25

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya zamanı Nazirliyin rəhbərliyinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Daha sonra Nazirlikdə Vətənimizin ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin olunması uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdiyi şücaətin Azərbaycan xalqı üçün əbədi qürur mənbəyi olduğu vurğulanıb.