30 Sentyabr 2026
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirici görüş Salyanda keçirilib3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan şəhər 2 saylı tam orta məktəbdə keçirilən görüşdə gənclərə ətraf mühitin qorunması, gündəlik davranışların təbiətə təsiri və ekoloji məsuliyyətin əhəmiyyəti barədə məlumat verilib. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.